Modern.az

Bu yollarda tıxac var - FOTOLAR

Bu yollarda tıxac var - FOTOLAR

Aktual

16 Dekabr 2021, 09:21

Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az -a verilən xəbərə görə, bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri istiqamətində avtobusların hərəkət intervalında ləngimə var.

 

Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir. Ziya Bunyadov prospektində 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

 

Bakı Sumqayıt şossesi mərkəz istiqamətində  bu səbəbdən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?