Modern.az

Bakıda 4 gün şaxta olacaq

Bakıda 4 gün şaxta olacaq

Təhsil

13 Dekabr 2012, 14:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  Modern.az-a verilən məlumata görə, ölkə ərazisində uzun müddət davam edən nisbətən mülayim hava şəraitindən sonra dekabrın 13-ü axşam saatlarından başlayaraq bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dekabrın 14-dən 18-dək havanın soyuq, şaxtalı olacağı, temperaturun ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir.

Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0, -2 dərəcəyədək aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə isə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-15-də arabir güclənən şimal-şərq küləyi əsəcək.

Dekabrın 14-də respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraiti fasilələrlə yağıntılı keçəcək, sulu qar, qar yağacaq.

Abşeron yarımadasında dekabrın 14-dən başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, yaxın 3-4 gün ərzində soyuq, rütubətli və küləkli keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış