Modern.az

Aliment borcu dövlət tərəfindən ödənmir - Rəsmi

Aliment borcu dövlət tərəfindən ödənmir - Rəsmi

Aktual

16 Dekabr 2021, 16:50

“Aliment ödəməkdən yayınan şəxsin aliment borcu dövlət tərəfindən ödənmir. Çünki aliment borcunu şəxsin özü ödəməlidir”.

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analatik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.

Onun sözlərinə görə, Aliment Fondu yaradılsa belə, bu o demək deyil ki, icraatda olan bütün aliment sənədləri üzrə aliment borcları ödəniləcək:

“Fond yaradılsa, yerli icra orqanları tərəfindən bütün lazımi və məcburi tədbirlər görüldükdən sonra alimentin ödənilməsi mümkün olmasa, fonddan aliment ödənişi həyata keçirilə bilər. Amma sonradan həmin borcludan borcun geri alınması ilə bağlı tədbirlər davam etdiriləcək. Hazırda dövlət tərəfindən alimentin ödənilməsi halı yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu