Modern.az

“Seçkilər yaxınlaşdıqca etiraz aksiyalarının sayı artacaq” – ŞƏRH

“Seçkilər yaxınlaşdıqca etiraz aksiyalarının sayı artacaq” – ŞƏRH

Təhsil

13 Dekabr 2012, 14:58

“Cəmiyyətdə narazı elektorat olsa da xalq mitinqlərdə küçəyə çıxmaq istəmir” Bu fikirləri politoloq Elxan Şahinoğlu müxalifət partiyalarının bu il ərzində keçirdiyi etiraz aksiyaları və mitinqlərin ictimai əhəmiyyətini Modern.az-a şərh edərkən bildirib. Politoloqun fikrincə, Azərbaycan müxalifəti cari il ərzində dəfələrlə aksiyalar keçirməyə cəhd etsələr də, bunun siyasi proseslərə təsiri olmadı. Ölkədə kifayət qədər narazı elektoratın olduğunu deyən E. Şahinoğlu bildirib ki, nədəsə xalq aksiyalarda küçələrə çıxmaq istəmir.

“Müxalifətin taktikası yuxarı-aşağı məlumdur. Onlar da prezidenti seçkilər ərəfəsində çalışırlar ki, ictimai hərarəti qaldırsınlar. Aydındır ki, bu aksiyalarda kütləvilik alınmır. Amma yenə də müəyyən diqqətə səbəb olur. Seçkilər yaxınlaşdıqca aksiyaların sayı da arta bilər. Bunu da nəzərə almaq lazımdır ki, prezident seçkiləri ərəfəsində aksiyaların, mitinqlərin müxtəlif yerlərdə keçirilməsinə icazə veriləcək.

Cəmiyyətdə narazı elektorat olsa da passivlik də var. Xalq küçəyə çıxmaq istəmir. Bu amili də nəzərə almaq lazımdır. Amma insanlar arasında narazı elektorat Azərbaycanda kifayət qədərdir. Bilmək olmaz hadisələrin inkişafı necə olacaq? Seçkilər yaxınlaşdıqca aksiyalarda kütləviliyin arta bilər. Müxalifətin keçirdiyi aksiyaların siyasi proseslərə təsiri olmadı. Hakimiyyətin siyasətində hər hansı dəyişikliyə gətirib çıxarmadı”, - deyə politoloq müxalifin keçirdiyi aksiyalardan danışıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış