“ANS TV-nin əməkdaşları Günel İsayeva və Rəşad Rəşidova zor tətbiq edən Göyçay rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyev rayon İcra Hakimiyyətinə çağırılıb və tənbeh edilib”. Bu sözləri Modern.az-a açıqlamasında Göyçay Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Eldəniz Məmmədov deyib. O, qeyd edib ki, rayon Prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb.
“Sadəcə, o insan jurnalistə zor tətbiq etdiyi üçün məsələyə biz müdaxilə edə bilmirik. Cinayət xarakterli məsələ olduğu üçün, hadisə istintaq qrupu tərəfindən araşdırılır”.