Modern.az

Maliyyə Nazirliyi əmanətçilərə XƏBƏRDARLIQ etdi

Maliyyə Nazirliyi əmanətçilərə XƏBƏRDARLIQ etdi

Təhsil

13 Dekabr 2012, 15:55

Maliyyə Nazirliyi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə xəbərdarlıq edib. Nazirlikdən Modern.az-a verilən açıqlamada bildirilib:

"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına uyğun olaraq, ərizələrin son qəbul tarixi 31 dekabr 2012-ci il nəzərdə tutulub. Maliyyə Nazirliyi bir daha tövsiyə edir ki, Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri qeyd olunan müddət ərzində “Kapital Bank”ın şöbə və məntəqələrinə müvafiq ərizə və sənədlərini təqdim etsinlər. Ərizələrin qəbulu istirahət günləri olan 29, 30 və 31 dekabr 2012-ci il tarixlərində də həyata keçiriləcəkdir. Həmin müddətdən sonra müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaq. Qəbul olunmuş ərizələr üzrə fərdi birdəfəlik ödəmələr 2013-cü il də həyata keçiriləcək”.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış