Modern.az

Narkotik çəkib maşın sürən şəxslər saxlanıldı

Narkotik çəkib maşın sürən şəxslər saxlanıldı

Aktual

17 Dekabr 2021, 10:00

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi “VAZ-2106”, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mercedes” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

 

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

 

Salyan rayon məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron rayon məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi