Modern.az

Allahşükür Paşazadə Milli Məclisin qalmaqallı qanununa irad bildirib

Allahşükür Paşazadə Milli Məclisin qalmaqallı qanununa irad bildirib

Təhsil

13 Dekabr 2012, 16:02

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin üzərində İşçi Qrupu səviyyəsində işlər davam etdirilir. Qanun layihəsini növbəti dəfə baxılması üçün Səhiyyə Nazirliyinə göndərmişik, eyni zamanda, Maliyyə Nazirliyindən müəyyən təkliflər almışıq”.
Modern.az bildirir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin dekabrın 13-də keçirilən növbəti iclasında çıxışı zamanı sözügedən komitənin sədri Hadi Rəcəbli deyib. Komitə sədri bildirib ki, Səhiyyə Nazirliyindən gələcək təkliflər, o cümlədən Maliyyə Nazirliyinin göndərdiyi təkliflər sonradan ümumiləşdirilərək qanun layihəsinin yeni variantında nəzərə alınacaq:

“Ona görə hələlik sözügedən qanun layihəsinin komitəmizdə, o cümlədən, parlamentin plenar iclasında müzakirəsini müvəqqəti olaraq təxirə salmışıq. Qanun layihəsi tam təkmilləşdirildikdən sonra onu həm homitəmizin, həm də plenar iclasın müzakirəsinə çıxarmağı nəzərdə tuturuq. Eyni zamanda qeyd edim ki, dinin dövlətdən ayrı olmasına baxmayaraq, milli-mənəvi dəyərlərimizlə bağlı dini qurumlardan da bizə müəyyən təkliflər gəlib. Biz onların da bu qanun layihəsinin hazırlanmasında iştirakını və təkliflərini vacib sayırıq”.

H.Rəcəbli deyib ki, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsindən də qanun layihəsi ilə bağlı müəyyən irad və təkliflər alıblar:

“Çox sevindirici haldır ki, şeyx həzrətləri ümumən bu qanunda milli-mənəvi dəyərlərlə bağlı məqamlara proqressiv münasibətini bildirib. Ancaq bununla belə, onun və eləcə də, rəhbərlik etdiyi təşkilatın milli-mənəvi dəyərlərimiz, həmçinin, mentalitetimizlə bağlı qanun layihəsinə növbəti müəyyən irad və təklifləri var. Həmin təkliflər bir daha baxıldıqdan və nəzərə alındıqdan sonra qanun layihəsini müzakirələrə təqdim etmək fikrindəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış