Modern.az

Dövlət komitəsi məktəblərlə bağlı işçi qrupu yaratdı

Dövlət komitəsi məktəblərlə bağlı işçi qrupu yaratdı

Təhsil

13 Dekabr 2012, 16:11

“Təhsil müəssisələrində tərbiyə alanların, şagird və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə milli standart layihəsinin hazırlanması üçün işçi qrup yaradılıb”

Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsindən saytımıza  verilən məlumat görə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə işçi qrupun yaradılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Əmr imzalanıb. Əmrə əsasən işçi qrupa 1 ay ərzində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün təqdim etmək tapşırılıb.

İşçi qrupa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilib.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış