Modern.az

Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA

Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA

18 Dekabr 2021, 10:05

Hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:


- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.


Həmçinin, 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov dünyasını dəyişdiyindən onun da yeri boşdur.

Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov  ötən həftə mətbuata açqılamasında Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsinin yəqin ki, yaxın vaxtlarda mümkün olacağını bildirmişdi.


MSK sədrinin bu açıqlamasından sonra bəzi sabiq deputatlar təkrar seçkidə iştirak haqda düşünməyə başlayıblar.

Bu sırada Şəmkir kənd seçki dairəsinin keçmiş deputatı Sona Əliyeva da var.

O, Modern.az-a açıqlamasında bildirib ki, əgər mənsub olduğu hakim siyasi partiya bu barədə məsləhət görsə, seçkilərə qatıla bilər.

“Düşünürəm ki, bu haqda danışmaq hələ ki tezdir. Seçkilərin elan olunmasını gözləyək”.

Sabiq deputat bildirib ki, hazırda bu haqda düşünmür.

“Gələcəkdə hansı qərar verəcəyimi isə indidən demək bir qədər çətindir”-deyə, S.Əliyeva bildirib.


99 saylı Şəmkir kənd seçki dairəsinin sabiq deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Sona Əliyeva 2015-2020-ci illərdə Milli Məclisin  üzvü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?