“Mən əvvəlcə Anar müəllimə fikirlərinə görə təşəkkür edirəm. Onun ədəbiyyata münasibəti, yaddaşı, cavanlılığı, ziyalılığı yerindədir, ona görə də davam edə bilər”.
Bu sözləri Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib: “Əkrəm Əylislinin də mənə münasibətindəki səbəblərini bilirəm. Əvvəllər Əkrəm Əylislini daha çox çap etmişik, ona daha həssas yanaşmışıq. Onunla son vaxtlar münasibətlərin soyumasına səbəb Əkrəm Əylisinin Anara münasibətilə bağlıdır. Biz Anarı dəyər bilirik, Anara baxıb öz meyarlarımızı müəyyənləşdiririk. Bilirik ki, Əkrəm Əylisliyə də münasibətimiz onun Anara münasibəti ilə bağlı dəyişə bilər. Mənim hər iki yazıçıya böyük hörmətim var. Həmişə istəmişəm ki, onlar bir-biri ilə sakit, mehriban olsunlar”, – deyə R. Məcid bildirib.
Xatırladaq ki, bundan əvvəl Əkrəm Əylisli R.Məcidin AYB sədri olma ehtimalı ilə bağlı münasibət bildirərkən R.Məcidin bu vəzifədə “kiçik, primitiv Anar olacağını” bildirmişdi.
Şahanə Rəhimli