Modern.az

Azərbaycanda səhiyyə turizmi və bundan sui-istifadə... - PROBLEM

Azərbaycanda səhiyyə turizmi və bundan sui-istifadə... - PROBLEM

18 Dekabr 2021, 17:28

Son illər  xarici ölkələrdə  insanlarımızın  müalicə və müayinəsini təşkil edən özəl şirkətlər yaranıb. Beynəlxalq aləmdə bunun adı səhiyyə turizmi adlanır və bu bir  ölkənin həm iqtisadiyyatının  həm də  səhiyyəsinin inkişafına ciddi şəkildə  mənfi təsir göstərir. İlk olaraq iqtisadi nöqteyi-nəzərdən ölkədən  xaricə valyuta çıxışı olur və eyni zamanda xəstəliklər üçün aparılan tibbi statistika və elmi araşdırmalar natamam olur.

Ümumi cərrah, cərrah transpatoloq Eldar Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda səhiyyə turizmi adı ilə səhhətində problem olan vətəndaşlar  daha  çox Türkiyə, İsrail, Almaniyaya yönəldilir.


Onun sözlərinə görə əvəllər bu siyahıda İrana da var idi və COVİD-19  pandemiyası başlayandan sonra ora getmələr dayandı. Son zamanlar sərhədlər açıldıqdan sonra yenə artmağa başlayıb.


“Azərbaycandan xarici ölkələrə xəstə aparan özəl şirkətlərə bütün xəstəliklər üzrə müraciət edilir. Xarici ölkələrdə vətəndaşlara olunan müalicə, müayinə və əməliyyatlar isə adətən  protokol qaydalarından kənar aparılır. Azərbaycandan gedən xəstələrə adətən  maddiyət nöqteyi-nəzərindən baxılır. Təəssüf ki, əksər  həkimlər vətəndaşlarımıza bu cür münasibət göstərir. Müasir tibbi protokollar  xaric xəstələrə müdaxilə olunur. Sabah hansısa problem yaransa, xəstə vəfat etsə və ya vəziyyəti ağırlaşarsa, hüquqi tərəfdən  müraciət etmək çox çətin olur”.

E.Əhmədov bunu deməkdə məqsədinin Azərbaycan səhiyyəsinin səviyyəsini qaldırılmalı, sığorta sisteminin tətbiqinə və inkişaf etdirilməsinə lazımi diqqətin ayrılmalı olduğunu bildirib:

“Demirəm ölkə səhiyyəsində hər şey idealdır. Demək istəyirəm ki, səlahiyyətli qurumlar xəstələrin müalicə üçün nədən başqa ölkələrin  səhiyyəsini seçməsini   araşdırılmalı və ciddi şəkildə islahatlar aparılmalıdır. Bu bizim  səhiyyəmizin gələcək inkişafının əsas nüanslarından biridir”.

Həkim xəstələrin başqa ölkədə müayinə, müalicə və əməliyyat olunmaları sayəsində Azərbaycanda xəstəliklərin statistikasının eyni zamanda olunacaq elmi araşdırmaların da nəticələrinin  həqiqətə uyğun olmayacağını qeyd edib:


“Məsələn, öz sahəm olaraq deyə bilərm ki, bu gün Azərbaycanda qaraciyər şişlərinin  görülmə statistikasını doğru şəkildə aparmaq mümkün olmur. Çünki xəstənin əksəriyyəti  xaricə üz tutur və eyni zamanda bir hissəsi də tibb müəssələrində  yetərli müayinə və müalicə ala bilmir və xəstələrin qeydiyyatı düzgün aparılmır. Elmi araşdırmalarımız natamam qalır. Azərbaycanda  Tibb Universiteti say olaraq bir deyil, daha çox olmalıdır. Burada da tələbə sayı tənzinlənməli,  yeni universitet xəstəxanaları açılmalı, tədris prosesinin keyfiyyəti artırılmalı və yetərli kadrlar yetişdirilməlidirlər. Universitetlərdə inkişaf ancaq rəqabət sayəsində olacaq”.


“Mənim bir  vətəndaş və  mütəxəssis olaraq   söylədiklərim   dövlətimizin gələcək inkişaf strategiyasının bir hissəsidir”-deyə, sonda həkim qeyd edib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?