Modern.az

Türkiyədə ağır qəza - Ölənlər var

Türkiyədə ağır qəza - Ölənlər var

18 Dekabr 2021, 21:47

Türkiyədə Qars-Ərzurum magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu yoldan çıxaraq, aşıb.

 

İlkin məlumatlara görə, qəzada 6 nəfər ölüb və çox sayda yaralı var.

 

Hadisə yerinə polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub.

 

Hadisəyə səbəb kimi havanın qarlı olması göstərilir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama