Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

18 Dekabr 2021, 22:40

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191 nəfər ölüb.

 

Modern.az xəbər verir ki Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bu günki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 342 183 nəfərin test edildiyi, 17 644 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 568 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 625 349 peyvənd tətbiq edilib ki, bunun 91,27 faizi birinci, 82,39 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama