Modern.az

Əfv Komissiyasının üzvü: “İki ildir iclaslarda iştirak etmirəm”

Əfv Komissiyasının üzvü: “İki ildir iclaslarda iştirak etmirəm”

Təhsil

14 Dekabr 2012, 10:48

“Sağlıq durumumda problemlər var. Ona görə də Prezident yanında Əfv Komissiyasının üzvü olsam da, 2 ildir onun iclaslarında iştirak etmirəm”.

Modern.az-a açıqlama verən Əfv Komissiyasının üzvü Vaqif Səmədoğlu belə deyib.

“Düzdür Əfv Komissiyasının üzvüyəm. Amma di gəl ki, Komissiyanın iclaslarında iştirak edə bilmirəm. Səhhətimlə bağlı iclaslara qatıla bilmirəm. Sağlamlığım imkan vermədiyindən iclaslara getmirəm. Odur ki, Komissiyanın iclas vaxtını dəqiq deyə bilmərəm”-deyə Vaqif Səmədoğlu bildirib.

Bəzi məlumatlara görə, bu ilin sonunda növbəti əfv gözlənilir.  

Gültəkin Ələsgər     
 
Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış