Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 01:00 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.
Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Modern.az