Modern.az

Baş nazirin müavini siyasətdən gedəcəyini bəyan etdi

Baş nazirin müavini siyasətdən gedəcəyini bəyan etdi

14 Dekabr 2012, 11:28

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini, keçmiş xarici işlər naziri Əli Babacan siyasətdən ayrılır. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazirin müavini bu haqda özü məlumat verib. Hazırda Hollandiyada rəsmi səfərində olan Əli Babacan Türkiyəyə qayıtdıqdan sonra siyasətdən çəkiləcəyini deyib. Ə.Babacan siyasətdən nə üçün ayrılacağı haqda hələlik danışmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, 45 yaşlı Əli Babacan Türkiyə Böyük Millət Məclisinin 3 dəfə deputatı olub. Bir müddət xarici işlər naziri işləyən  Əli Babacan 2009-cu ildə postunu Əhməd Davudoğluna təhvil verərək Baş nazirin müavin vəzifəsində çalışıb.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama