Modern.az

Çoxuşaqlı analara verilən sosial müavinətlərin məbləği ARTIRILDI

Çoxuşaqlı analara verilən sosial müavinətlərin məbləği ARTIRILDI

İqtisadiyyat

20 Dekabr 2021, 10:25

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.

 

Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi