Modern.az

2 milyondan çox vətəndaşın yaşayışı yaxşılaşacaq

2 milyondan çox vətəndaşın yaşayışı yaxşılaşacaq

Aktual

20 Dekabr 2021, 11:48

“Dövlət büdcəsi çərçivəsində növbəti ildən sosial ödənişlərin artımları və sosial islahatların aparılması üçün müvafiq maliyyə vəsaitləri nəzərdə tutulub. Bu sosial artımlar 2 milyondan artıq əhalinin rifahını yaxşılaşdıracaq”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

Onun sözlərinə görə 1,5 milyard manat vəsait nəzərdə tutulub.

 

“Ötən  həftə ərzində cənab prezident tərəfindən imzalanmış fərman və sərəncamlar minimum əməkhaqqının artırılması, müəllimlərin, eyni zamanda dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışan şəxslərin əməkhaqqlarının artırılmasına müsbət təsir edib. Bu ümumilikdə 1 milyon vətəndaşımızın rifahını yaxşılaşdıracaq. Bu gün də imzalanmış fərman və sərəncamlar növbəti sosial islahatların davamıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?