Modern.az

Dünyanın dini liderləri Bakıda toplaşacaqlar

Dünyanın dini liderləri Bakıda toplaşacaqlar

14 Dekabr 2012, 13:23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə  19-21 dekabr tarixlərində “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçiriləcək.  Bu barədə Modern.az-a DQİDK-nin  mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunan forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək forumda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz­şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl­xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya  olunan səfirlərin iştirakı nəzərdə tutulub.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama