Ağdam rayonunda güclü partlayış olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quzanlı qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində 6 kv.m sahədə məişət tullantıları və yağ çəlləyi yanıb. Yağ çəlləyi yanarkən partlama hadisəsi baş verib.
Hadisə zamanı yoldan keçən 1 nəfər yanıq xəsarətləri almış və xəstəxanaya aparılıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub.
Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Modern.az