Modern.az

“Media haqqında” yeni qanun ikinci oxunuşda qəbul olundu

“Media haqqında” yeni qanun ikinci oxunuşda qəbul olundu

Media

20 Dekabr 2021, 16:35

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, plenar iclas başlamamışdan əvvəl və fasilə zamanı video çarx təqdim olunurdu.

 

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.


Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

 

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi