Nüfuzlu qəzetlər nüfuzsuz qəzetlərə uduzdu.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.
"Sayt arxiv deyil. İstədiyin materialı saytdan silə bilərik. Onun açarı Amerikadadır. İstədiyi vaxt arxivi silə bilərlər. Necə ki APA-nın 2 illik arxivi silindi. Amma qəzetdən çıxarmaq olmur. İnsanlar 30 ildən sonra arxivi qəzetdən axtaracaqlar. Ona görə də qəzetə diqqət ayırmaq lazımdır. Azərbaycanda heç kəs reklam vermir. Reklam üçün xüsusi bir təşkilat olmalıdır. Reklam birinci ən çox oxunan qəzetlərə, televiziyalara verilməlidir".