Modern.az

Zakir Qaralov bağçadakı zəhərlənmə faktını nəzarətə götürdü

Zakir Qaralov bağçadakı zəhərlənmə faktını nəzarətə götürdü

14 Dekabr 2012, 15:07

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənən 13 uşaqla  bağlı məlumat yaydılar. Baş  Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdiriliblər. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olmuş, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanan, müvafiq ekspertizalar edilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda  iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama