Modern.az

Nigar Yaqublunun atası və vəkilindən DYP rəsmisinə cavab - Modern.az-ın dünənki yazısı ətrafında mübahisə

Nigar Yaqublunun atası və vəkilindən DYP rəsmisinə cavab - Modern.az-ın dünənki yazısı ətrafında mübahisə

14 Dekabr 2012, 16:20

“Kamran Əliyevin dedikləri inzibati məsələlərdir. Nigar Yaqublu məsələsində isə qəza baş verib”. Bu sözləri Modern.az saytına açıqlamasında Tofiq Yaqublu dünən Modern.az-da “Nigar Yaqublunun törətdiyi hadisədə qanunu mərhum Aydın Acalov pozubmuş” adlı başlıqlı yazıda DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin dediyi sözləri şərh edərkən bildirib. O Nigar Yaqublu məsələsinin düzgün araşdırılmadığını vurğulayıb.
“Birmənalı olaraq ortada siyasi iradə var. Bütün məhkəmə proseslərində, o cümlədən sonuncu məhkəmə prosesində də bu açıq şəkildə göründü ki, ortada siyasi iradə var. Hakimiyyət üçün də göydəndüşmə oldu ki, qəza olub və onu həbs edirlər. Sadəcə iş düzgün araşdırılmır, qəzaya səbəb olan başqa maşınların kimə məxsus olması araşdırılmır, onlar dindirilmir. Halbuki əlimizdə videogörüntülər də var”.

Vəkil Elton Quliyev isə bildirib ki, Nigar Yaqublu sürücülük kurslarında oxuyub, sadəcə imtahan verməyib və sürücülük vəsiqəsi almayıb. “Bunun Nigar Yaqublunun azad edilməsi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə onu qeyd edə bilərəm ki, sürücülük vəsiqəsinin olmamağı hələ baş verən yol nəqliyyat qəzasında sürücünün təqsirli olmasını göstərmir. “Yol hərəkatı haqqında” Qanunun tələblərini pozmaqla baş vermiş hadisə, nəticələri ilə həmin pozuntunun birbaşa səbəbli əlaqədə olması lazımdır”.

Qeyd edək ki, “Nigar Yaqublunun törətdiyi hadisədə qanunu mərhum Aydın Acalov pozubmuş” adlı başlıqlı yazıda DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yol hərəkatı haqqında” Qanuna əsasən hansı şəraitdə təlim keçirilməsindən danışıb.

N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Həmin vaxt mərhum A. Acalov öz maşını ilə təqsirkar bilinən N.Yaqubluya təlim keçirmiş. Qəza bu təlim zamanı baş verib. Yəni hadisə zamanı sükanın arxasında N. Yaqublu olub.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisinin yuxarıda dediklərini və qanunun tələblərini, eyni zamanda avtomobilin mərhum A. Acalova məxsus olduğunu, həmçinin icazəsiz təlimin onun tərəfindən keçildiyini nəzərə alsaq, belə deyə bilərik ki, əslində Nigar Yaqublunun  məsuliyyəti ağır olmamalıdır. Çünki mərhum Aydın Acalov Nigar Yaqubluya təlimi qanunazidd olaraq keçirmiş. Onun özünün və avtomobilinin sürmə təlimi vermək hüququna dair sənədi olmayıb. Bundan başqa maşının üzərində “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı da olmayıb.

Bakı-Şamaxı yolu isə sürmə təlimi üçün icazə verilən yol hesab edilmir. 

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama