Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 46 000-dən çox şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.
Bu barədə Modern.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, bu prosesin elektronlaşdırılması valideynlərin rahatlığına, şəffaflığın artırılmasına, təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının genişləndirilməsinə imkan verir.