Modern.az

Nazir məktəblərdə pul yığılmasından danışdı: “Mənim vaxtımda da belə hallar vardı”

Nazir məktəblərdə pul yığılmasından danışdı: “Mənim vaxtımda da belə hallar vardı”

Hadisə

21 Dekabr 2021, 11:05

“Məktəblərdə pulun yığılması təbii ki, qeyri-qanuni haldır. Deyə bilərəm ki, mənim təhsil aldığım zamanlarda da belə problemlərlə qarşılaşırdıq. Bu, bizim cəmiyyətin xroniki problemidir”.


Modern.az
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Prezidentin təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə deyib.


Nazirin sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər:

"Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".

 E.Əmrullayev Valideyn-Müəllim assosiasiyalarından da danışıb:

“Valideyn-Müəllim assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər