Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, nazir keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir:
"Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb".