“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, o, "Yeni Klinika"ya yerləşdirilib.
S. Əhmədova bir müddət evdə müalicə olunduqdan sonra vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən də müalicəsini xəstəxana şəraitində davam etdirir.
Qeyd edək ki, Səfayə Əhmədova ötən il də koronavirusa yoluxmuşdu.