Modern.az

Kliniki Tibbi Mərkəzdə yeni TƏYİNAT

Kliniki Tibbi Mərkəzdə yeni TƏYİNAT

Aktual

21 Dekabr 2021, 15:13

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

Mərkəzdən Modern.az-a verilən xəbərə görə, Araz İbrahimov tibb qurumunun Urologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İbrahimov Araz Sabir oğlu 1988-ci il avqustun 16-da Zaqatala şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində oxuyub. 2011-2016-cı illərdə rezidentura təhsilini ATU-da davam etdirib. A.İbrahimov 2021-ci ildən başlayaraq isə doktorantura təhsilini almağa başlayıb.

O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU Tədris Cərrahiyə Klinikasında, eləcə də bir sıra özəl klinikalarda fəaliyyətini davam etdirib. İbrahimov eyni zamanda Səhiyyə Nazirliyinin mütəxəssisi olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?