Modern.az

Putin ABŞ-ı hədələdi: “Bu manipulyasiyalar bezdirib”

Putin ABŞ-ı hədələdi: “Bu manipulyasiyalar bezdirib”

21 Dekabr 2021, 16:00

"Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq hərbi-texniki tədbirlər həyata keçirəcək".

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin  iclasında bildirib.

“Dost omayan addımlara sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”.


Putin deyib ki, Rusiya beynəlxalq hüquq prinsipləri arxasında gizlənən Qərbin manipulyasiyalarından bezib.

Putinin sözlərinə görə, Qərb ölkələri müxtəlif bəhanələrlə, o cümlədən öz təhlükəsizliklərini təmin etmək üçün ərazilərindən minlərlə kilometr kənarda hərəkət edirlər.

“Beynəlxalq hüquq və BMT Nizamnaməsi onlara müdaxilə edəndə isə bütün bunları köhnəlmiş və lazımsız elan edirlər. Nə isə onların maraqlarına uyğun gələndə dərhal beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqlara istinad edirlər. Bu manipulyasiyalar bezdirib”- deyə Vladimir Putin qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama