“Təhsil Nazirliyinin sturkturunda bir sıra dəyişiklik oldu və bağçalar yenidən nazirliyə qaytarıldı. Bu təqdirəlayiq addımdır”.
Bu fikirləri Modern.az -a açıqlamasındda Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva bildirb.
Onun sözlərinə görə, əvvəllər bağçalar iki qurum tərəfindən idarə olunurdu:
“Bağçalar həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyinə tabe idi. İndi isə bütün idarəetmə və təchizat, hamısı Təhsil Nazirliyinə həvalə edilib. Bağçanın məhz nazirliyə verilməsi çox yaxşı haldır. Ona görə ki, uşaqların məktəbə hazırlıqları bağçadan başlayır”.
Deputat Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən bağçaların hələ İcra hakimiyyətlərinin nəzdində qalmasına aydınlıq gətirib:
“Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən bağçaların gələcəkdə Təhsil Nazirliyinə verilməsi istisna deyil. Bu gün regionlarda proses özünü doğrultsa, gələcəkdə bu şəhərlərdəki bağçaların da nazirliyə verilmə ehtimalı deyərdim ki, yüksəkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturu ilə bağlı sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, uşaq bağçaları İcra hakimiyyətlərindən alınaraq, Təhsil Nazirliyinin tabeliyinə verilib.