Modern.az

Türkiyə “Eurovison 2013” – dən imtina etdi

Türkiyə “Eurovison 2013” – dən  imtina etdi

14 Dekabr 2012, 22:07

Türkiyə “Eurovison 2013” mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, TRT bu il İsveçdə keçiriləcək “Eurovison”-a qatılmayacağı barədə açıqlama verib. TRT-nin açıqlamasına görə, müsabiqədən imtina etmənin əsas səbəbi kimi 2011-ci ildən səsvermə qaydalarında edilən dəyişikliklər göstərilir. Belə ki, tamaşaçıların səsvermə hüququ 50 faiz, digər 50 faiz isə münsiflərə verilməsi Türkiyənin müsabiqədə uğursuz nəticə əldə etməsinə səbəb olub. Bununla yanaşı TRT yazılı açıqlamasında bildirir ki, tamaşaçı səslərinin 50 faizə endirilməsinə səbəb odur ki, Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliya son illərdə müvəffəqiyyətsiz nəticə əldə etməsi ilə bağlıdır və bu haqsızlıqdır. Ona görə də bu ölkələr yarımfinala qatılmadan birbaşa finala vəsiqə qazanırlar. Qeyd edək ki, Türkiyədən öncə Yunanıstan və Portuqaliya da müsabiqədə iştirak etməkdən imtina etdiklərini açıqlayıblar.

Modern.az  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama