Modern.az

Azərbaycan və Xorvatiya arasında memorandum təsdiqləndi

Azərbaycan və Xorvatiya arasında memorandum təsdiqləndi

İqtisadiyyat

21 Dekabr 2021, 18:14

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, 2021-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

 

Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama