Modern.az

Şoltz Ərdoğanla da danışdı

Şoltz Ərdoğanla da danışdı

21 Dekabr 2021, 23:43

Türkiyə Prezidenti Prezident Rəcəb Tayyip Ərdoğan və Almaniyanın yeni kansleri Olaf Şoltz arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon söhbətində Ərdoğan yeni vəzifəyə başlaması münasibəti ilə Şoltzu təbrik edib.

 

Tərəflər Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama