Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu gün yayılan cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 152 nəfərin test edildiyi, 19 859 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 532 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 125 761 472 peyvənd tətbiq edilib ki, bunun 91,36 faizi birinci, 82,56 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.