Modern.az

Koronavirusa qarşı daha bir peyvənd istifadəyə verildi

Koronavirusa qarşı daha bir peyvənd istifadəyə verildi

22 Dekabr 2021, 08:40

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı daha bir peyvəndin istifadəsinə icazə verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın “Novavax” şirkəti tərəfindən istehsal olunan “Nuvaxovid” peyvənd artıq istifadə oluna bilər.

Peyvənd Avropa Dərman Agentliyi tərəfindən tövsiyə edildikdən sonra ÜST “Nuvaxovid” peyvəndinin təcili istifadəsinə icazə verildiyini bildirib.

“Nuvaxovid” peyvəndinin Hindistanda istehsal olunan “CovovaxTM” peyvəndinin “orijinal məhsulu” olduğu qeyd edilib. Açıqlamada hər iki peyvəndin eyni texnologiyalardan istifadə edilərək hazırlandığı bildirilib.

Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində ÜST tərəfindən istifadəsinə icazə verilən peyvəndlərin sayı 10 olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?