"Bakı Metropoliteni" QSC-nin əməkdaşı işdə vəfat edib.
Bu barədə Modern.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
B. Məmmədov qeyd edib ki, Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib:
"Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. Təcili yardım xidməti çatana qədər dünyasını dəyişib. "Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".