Bu gün "Bakı Metropoliteni" QSC-nin daha bir əməkdaşı vəfat edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, səhər işə gələrkən, "Bakı Metropoliteni"QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib:
"1959--cu il təvəllüdlü Babaşxan Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib. Yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər idi.
Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvə efilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında rolu və xidməti böyükdür".
"Bakı Metropoliteni"QSC-nin kollektivi dərin hüznlə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir".