Modern.az

Sərdar Cəlaloğlu “Quran”a yazdığı “İzah”ı çap etdirə bilmir

Sərdar Cəlaloğlu “Quran”a yazdığı “İzah”ı çap etdirə bilmir

22 Dekabr 2021, 13:30

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu maddi çətinliklərə görə “İzah” adlı kitabını çap etdirə bilmir.


Bu haqda Modern.az-a danışan partiya sədri bildirib ki, əsərin ümumi məzmunu hazırdı, redaktə lazımdır.


O, kitab üçün lazım olan xərci tapa bilmədiyindən son işləri edə bilmədiyini deyib:


“Əsərin özünü yox, onun əsasında fikirlərimi  “Hüriyyət” qəzetində 5-ci günlər “Cümə günü söhbətləri” bölümündə yayımlayıram. Böyük bir əsər olduğundan redaktəsi yüksək məbləğ tələb edir. Ona görə kiməsə verə bilmirəm. Kitablarımın  bəzilər “Nur” və “Qanun” nəşriyyatlarında çap olunub. Hansı daha ucuz və keyfiyyətli nəşr eləsə, ona vermək istəyirəm”.


S.Cəlaloğlu “İzah”ın  5-6 il vaxtını aldığını bildirib:


“İndi də Quranla bağlı nələrsə olanda, suallar çıxanda izahını əsərə əlavə edirəm. Televiziya çıxışları vaxtımı çox alır. Hazırda imkan tapanda elmi məqalələr, bəzi kitablara rəy yazıram”.


Partiya sədri “Mahiyyət” adlı fəlsəfi əsəri ilə bağlı mərhum alim Azad Mirzəcanzadənin təklifini xatırlayıb:

“O vaxt Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri olan Azad Mirzəcanzadə təklif etdi ki, həmin əsərə görə mənə elmlər doktoru adı verilsin. Çünki əsər çox fundamental əsər idi. Prezident Aparatı da şərt qoydu ki, o zaman Anar və Elçinə də birbaşa elmlər doktoru adı verilsin. Azad müəllim bunu mənə deyəndə bildirdi ki, onların elmlər doktoru adını almasını istəmir. Çünki adları çəkilən şəxslər elm üçün doğrudan da fundamental işlər görməyiblər. O zaman dedim ki, əgər prinsipiniz buna yol vermirsə, mənə də bu adı verməyin”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?