Modern.az

Deputat və həkimdən çağırış: “Yeni il axşamı özünüzü qoruyun!”

Deputat və həkimdən çağırış: “Yeni il axşamı özünüzü qoruyun!”

Aktual

22 Dekabr 2021, 16:12

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus son vaxtlar koronavirusun “omikron” ştammının sürətlə yayılması və qarşıdan gələn  Yeni il bayramları ilə bağlı bəzi şənliklərin ləğv edilməsi zəruriliyini nəzərə alaraq ölkələrə çağırış edib.


Nazirlər Kabineti Azərbaycanda Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlar üçün bəzi qaydalar tətbiq etdi. Onlardan biri də ictimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə verilən icazədir.


Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Əliyev Modern.az-a açıqlamasında bildirib ki, ÜST koronavirusun yayılmasının qarşısını almaq üçün ölkələrə müxtəlif tövsiyə xarakterli məsələhətlər verməlidir.


Onun sözlərinə görə, pandemiyanın yayılmasında insan amilinin özünün də böyük rolu var.


“Yəni insanlar qaydalara əməl etmirlərsə, təbii ki, bu zaman xəstəlik artacaq və yayılacaq. Yeni ildə biz də bayram şənliyi keçiriləcək məkanların fəaliyyəti gecə saat 2-yə kimi uzaldıldı. Bu müəyyən bayram ənənələrinə sadiqliyi və iki il ərzində  pandemiyanın təsiri ilə insanlarda yaranan pxsixo-emosional gərginliyi aradan qaldırmaq üçün dövlətimizin atdığı bir addımdır. Restoran sahibləri tamahkarlıq məqsədi ilə qaydaların pozulmasına yol verməməlidir. Masa arxasında məsafə gözləyərək əyləşmək, dezinfeksiyaedici maddələrdən istifadə etməklə içəri buraxılma, peyvənd olunan və portalda qeydiyyatda olan şəxslərin məkanlara qəbul edilməsinə ciddi nəzarət etməlidirlər”.


Deputat qeyd edib ki, peyvəndlənmə prosesi digər ölkələrlə müqayisədə Azərbaycanda  çox yaxşı təşkil olunub:


“Əhalinin demək olar ki, 60 faizdən çoxu peyvənd olunub. Bu, özü istər-istəməz o yoluxmanın intensivliyini zəiflədir. İki illik pandemiya zamanı müəyyən qismimizdə şərti reflekslər formalaşdı. Dezinfeksiyaedici maddələrdən istifadə, ictimai yerlərdə sosial məsafə və maskadan istifadə qaydalarına artıq demək olar ki, hamımız əməl edirik”.


İ.Məmmədov əhaliyə çağırış edərək bildirib ki, məhz bayram günü kütləvi yerlərdə özlərini qorusunlar:


“Hesab edirəm ki, bayram gününü evdə, ailə ortamında qeyd etmək daha yaxşıdır. Soyuq havada, küçədə insanların sıx toplaşdığı yerlərdə problemlər, xəstəliklər də çox ola bilər”.


Həkim-infeksionist İlahə Vəliyeva deyib ki, insanlara bayram günü kafe və restoranlara getməklə bağlı qadağa qoya bilmərik.


“Sadəcə, çalışsınlar ki, sosial məsafə və gigeynaya qaydalarına əməl etsinlər. Təbii ki, əyləncə məkanlarında bu kimi qaydalara əməl etmək çətin məsələdir. Özləri özlərini qorumalıdılar”, - deyə sonda həkim bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum