Modern.az

Bakıdakı müəllimlərin 90 faizi PEYVƏNDLƏNİB

Bakıdakı müəllimlərin 90 faizi PEYVƏNDLƏNİB

23 Dekabr 2021, 10:25

Paytaxtda təhsil işçilərinin 33 968  nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.

 

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

 

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər