Ötən ay 4 xarici vətəndaş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə müraciət edib.
Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabr ayında Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstan ölkələrindən hər biri bir nəfər olmaqla hüquqlarının bərpası üçün Ombudsman Aparatına müraciət olunub.
Aparatda müraciət edən şəxslərin hüquqlarının bərpası istiqamətində işlər davam etdirilir.