Modern.az

Qrant müsabiqəsində qalib olan məktəblər

Qrant müsabiqəsində qalib olan məktəblər

23 Dekabr 2021, 13:12

44 məktəb, 29 müəllim qrant müsabiqəsinin qalibi olub.

 

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 44 layihə qalib olub.

 

Belə ki, İdarənin tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295, 329 nömrəli tam orta məktəblər, 83 nömrəli məktəb-lisey və 287 nömrəli “Zəkalar” liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim olunan 29 layihə isə fərdi kateqoriya üzrə qalib olub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər