Modern.az

Ekspress TESTLƏR - Nəticəyə etibar edək?

Ekspress TESTLƏR - Nəticəyə etibar edək?

23 Dekabr 2021, 14:24

Demək olar ki, bu gün bütün apteklərdə “koronavirus testi” satılır. Bu test vasitəsilə insanlar xətəxanaya getmədən evdə virusa yoluxub-yoluxmdıqlarını öyrənə bilərlər. Əhaliyə müxtəlif qiymətlərdə təklif olunan testlər təbii ki, koronavirus olub-olmadığını dəqiqliklə təyin etmir. Bundan əlavə, bu testlə cavab pozitiv çıxsa belə, çoxları rəsmi qeydiyyata düşmədiyi üçün karantin qaydalarına əməl etmir, gündəlik yaşamlarına əvvəlki kimi davam edirlər. Belə olan halda isə yoluxma halı artır.

 

Apteklər üçün qazanc, insanlar üçün isə yenidən yoluxma mənbəyi olan teslərin istifadə qaydası o qədər də çətin deyil.


Həkim-infeksionist İlahə Vəliyeva Modern.az-a açıqlamasında bildirib ki, apteklərdə koronavirusu müəyyən etmək üçün satılan ekspress testlərin cavabı doğru təyin etməsi şübhəlidir.

 

Onun sözlərinə görə, bu testlər ekspress test sayılır və yüz faiz doğru nəticəsi yoxdur:

 

“Bu testləri ev şəraitində edən insanlarda cavab pozitiv olduğu halda belə, rəsmi qeydiyyata düşmürlər. Özlərini təcrid etməyin əvəzinə, insanlar arasında gündəlik yaşamlarına davam edirlər. Belə olan halda yoluxmaların sayı artır. Ətrafa qarşı laqeyd ola bilərsən, amma gün gələcək bir başqası da sənin doğmalarına qarşı eyni laqeydliliyi göstərəcək”.

 

Həkim-infeksionist qeyd edib ki, bu testlər kommersiya məqsədi ilə satılır və böyük ehtimal satışını da müəyyən firmalar təşkil edir.

 

Koronavirus testinin cavabı pozitiv çıxan və rəsmi qeydiyyata düşməyən biri gündəlik yaşamına davam edərsə, qanunla həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur.

Vəkil Səbuhi Axundov qeyd edib ki, Cinayət Məcəlləsinin 139-1. maddəsində epidemiya əleyhinə rejimin, sanitar gigeyna və karantin qaydalarının pozulması ilə bağlı maddə mövcuddur:

“Burada qeyd edilir ki, epidemiya rejimi və sanitar-gigeyna və ya karantin rejiminin pozulması zamanı xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliyin yayılmasına real təhlükə yaratdıqda şəxsin cinayət məsuliyyətinə cəlbi nəzərdə tutulur. Bu zaman 2500- 5000 manata qədər cərimə, 3 il müddətinə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

 

S.Axundov bildirib ki, istintaq orqanı xəstəliyi yaymaqda şübhəli bilinən şəxsin əməlini sübuta yetirməlidir:

 

“Apteklərdə satılan ekspress testlər sırf insanın öz vicdanına bağlıdır. Məlumdur ki, bu testləri edən şəxslər rəsmi qeydiyyata düşmürlər. İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin və sanitar gigeyna karantin qaydalarının pozulmasına görə cərimə tətbiq olunur. Bu fiziki şəxslər üçün 200-400 manata qədər ola bilər”.

 

Vəkil qeyd edib ki, əgər vətəndaş epidemiya əleyhinə rejimin sanitar- gigeyna və karantin rejiminin pozulması nəticəsində insan ölümünə səbəb olubsa, o zaman Cinayət Məcəlləsində 139-1.2 maddəsi ilə 3 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?