Koronavirusun mutasiya uğramış yeni ştamı “Omicron” dünyanın 106 ölkəsində təsdiqlənib. Rusiya, Türkiyə, İran və Gürcüstanda yeni ştama yoluxma halı qeydə alınıb. Azərbaycanda yeni ştamın yayılması haqqında məlumat olmasa da, artıq “Omicron”a daha yaxın olduğumuzu deyə bilərik.
Ümumdünya Səhiyyə Təşkilatı yeni ştamın əlamətləri haqqında dəqiq məlumat açıqlamayıb. Həkimlər “Omicron”la “Delta plus”un əlamətlərində oxşarlıq olduğunu bildiriblər.
Həkim-infeksionist İlahə Vəliyeva Modern.az -a açıqlamasında bildirib ki, virus mutasiyaya uğrayanda əlamətlər dəyişir.
Onun sözlərinə görə son aylar koronavirusla müqayisədə qripə yoluxma halı üstünlük təşkil edir:
“Bir epidemiya olanda, başqa bir epidemiya azalır. Qrip epidemiyası artdığına görə, istər -istəməz koronavirus epedimiyası azalır”.
Həkim-infeksionist qeyd edib ki, son vaxtlar “Delta plus” əlamətlərindən kənar, fərqli əlamətlərlə müraciət edən şübhəli xəstə olmayıb.