Modern.az

Prezidentin yüksək vəzifə verdiyi eks-deputat oğlu kimdir - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi eks-deputat oğlu kimdir - DOSYE

23 Dekabr 2021, 18:13

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

Modern.az-ın məlumatına görə, Məmməd Abbasbəyli sabiq deputat - I çağırış Milli Məclisin üzvü olmuş Aslan Abbasovun oğludur.

Məmməd Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr dərəcəsi və  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

1999-ci ildə ABŞ-ın Perdyu Universitetində və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri alıb.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra 2003-cü ilədək firmanın Bakı ofisində işini davam etdirib.

2004-cü ildən “Azpetrol International Holdings B.V.”də, “EUPEC Pipe-Coatings LLC” və “BP Group kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb.

2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.

2019-cu ildə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və  Apellyasiya Şurasının üzvü olub.

Evlidir, 3 övladı var.

Məmməd Abbasbəylinin kiçik qardaşı Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədridir.

Onların atası Aslan Abbasov Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin I çağırış deputatı olub. Bundan başqa o, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Aslan Abbasov son olaraq Azərbaycan Texnologiya Universitetinin prorektoru idi.

Sabiq deputat bu il iyunun 11-də 71 yaşında vəfat edib.


A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu