Modern.az

Pul qarşılığında 8 nəfərin yerinə peyvənd olundu - TUTULDU

Pul qarşılığında 8 nəfərin yerinə peyvənd olundu - TUTULDU

Dünya

24 Dekabr 2021, 10:38

Belçikanın Şarlerua şəhərində COVID-19 peyvəndini vurdurmaq istəməyənlərin yerinə 9-cu dəfə peyvənd olunan şəxs saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, hadisə peyvənd mərkəzlərinin birində qeydə alınıb və 33 yaşlı şəxs xəstəxana işçisi tərəfindən ifşa olunub.

 

Həmin şəxsinin 100-150 avro qarşılığında başqalarının yerinə peyvənd olunduğu məlum olub.

 

Ard-arda 8 doza peyvənd olunan insanın səhhətinin yaxşı olduğu bildirilir. İstintaq başa çatdıqdan sonra sözügedən adamın və peyvəndin pulunu ödəyən şəxslərin 5 ilə qədər həbs və cərimə olaraq 800.000 avro ödəyəcəyi qeyd olunub.

 

Analoji hadisənin təxminən bir həftə öncə Yeni Zelandiya və Braziliyada da qeydə alındığı açıqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu