Modern.az

"Milan" komandası məşqlərini onlayn keçirəcək

Aktual

24 Dekabr 2021, 10:51

İtaliyanın "Milan" komandası koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.

 

Modern.az xəbər ki, bu barədə "rossonyerlər"in baş məşqçisi Stefano Pioli "Sky Sport Italia"ya açıqlamasında bildirib.

 

O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.

 

Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Milan" A Seriyasındakı növbəti matçını yanvarın 6-da "Roma"ya qarşı keçirməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi