Modern.az

“Taliban”ın adından sui-istifadə edən 1895 nəfər işdən çıxarıldı

“Taliban”ın adından sui-istifadə edən 1895 nəfər işdən çıxarıldı

24 Dekabr 2021, 15:25

“Taliban” administrasiyası Əfqanıstanda 1895 üzvünü işdən çıxarıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda məlumatı “Taliban”rəsmisi İnamullah Samanqani sosial media hesabında verib.

Onun sözlərinə görə, “Taliban”ın adından və səlahiyyətlərindən sui-istifadə edən, mənfi fikir formalaşdıran üzvlərin işdən çıxarılma prosesi davam edir.

Vəzifədən çıxarılanlar arasında əyalətlərdəki bəzi “Taliban” idarəçilərinin də olduğu bildirib.

İşdən çıxarılan “Taliban” üzvlərindən bəzilərinin saxlanıldığını, bəzilərinin dindirilməsinin davam etdirildiyi bildirilib.

“Taliban” administrasiyası Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra sıralarını təmizləmək üçün komissiya yaradıb və işə başladıqlarını açıqlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?